Məxfilik Siyasəti

TM&S olaraq məlumatlarınızın qorunmasına və gizliliyinə böyük önəm veririk.

Son yenilənmə tarixi: 27 Sentyabr 2026

Bu məxfilik siyasəti sənədi TM&S platformasından və xidmətlərindən istifadə edərkən şəxsi məlumatlarınızın necə toplanıldığını, istifadə edildiyini və qorunduğunu izah edir.

1. Toplanan Məlumatlar

Bizimlə əlaqə saxlayarkən və ya xidmətlərimizdən faydalanarkən (məsələn: e-poçt vasitəsilə müraciət edərkən) adınız, əlaqə vasitələriniz və şirkətiniz barədə təməl məlumatlar toplana bilər.

2. Məlumatların İstifadəsi

Toplanan məlumatlar yalnız xidmət keyfiyyətinin artırılması, sizə müvafiq SƏTƏM həllərinin təklif edilməsi və əks-əlaqə yaradılması məqsədilə istifadə olunur.

3. Üçüncü Tərəflərlə Paylaşım

Müştərilərimizin heç bir kommersiya və ya şəxsi məlumatı icazəsiz olaraq üçüncü tərəflərə təqdim edilmir və satılmır. Bütün məlumatlar tam konfidensial şəkildə qorunur.